Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi
Elgünün ölüm səbəbi açıqlandı - RƏSMİ
Rövşən Qurbanov həbs edildi
“Bu görüntülər məni məhv etdi”-Xoşqədəm
Lənkəranda bağçada uşaqlara şiddət göstərilib?
Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşlarıdır?
İran Fələstin mövzusuna zərbə vurmağa hazırdır - Politoloq
Komandirin 150 min manatı ələ keçirilib
Araz Musayev niyə bıçaqlanıb? - SƏBƏB
Fransanın məşhur manyakları...


05.04.2017  14:03 

Dəmir yolunda dəhşətli qəza - ÖLƏNLƏR VAR





A+  A-

Aprelin 5-də saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi QAZ-31-10 markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobillə toqquşub.
XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, hadisə nəticəsində Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib:

“Xəsarət alan Sabirabad rayonu Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib. Hadisədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb”.
Qeyd edək ki, həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisəyə səbəb sürücü tərəfindən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1, 2, 3 -cü bəndlərinin tələbləri kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib.

Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb.

Xəbər 2036 dəfə oxunub.



29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +