Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü


30.11.2023  13:36 

“BP”nin pulsuz verdiyi qazı dövlət bizə pulla satır





A+  A-

“Dünyada təbii sərvəti olan ölkələrdə həmin sərvət daxildə əhaliyə maya dəyərinə verilir. Həmçinin təbii qazı olan ölkələr daxildə satdığı qiymətlə dünya bazarındakı qiyməti müqayisə etmir. Amma Azərbaycanda qazın qiymətini qaldıranda bunu dünya bazarındakı bahalaşma ilə əlaqələndirirlər. Əslində, dünyada təbii qaz baha olanda, biz daha çox qazanc əldə edirik. Yəni dünyada təbii qaz bahalaşanda, bizdə ucuzlaşmalıdır. Lakin biz bunun əksini müşahidə edirik. Dünyada bahalaşma olanda ölkəmizdə də qiymət qalxır”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Akif Nəsirli Bakupost.az-a söyləyib.

O qeyd edib ki, Azərbaycanda istehsal olunan təbii qazın üçdə biri ölkə daxilində istifadə olunur, üçdə ikisi isə xaricə ixrac edilir. Həmçinin ölkəmizdə istehsal edilən təbii qazın yarıya qədəri də “Əsrin müqaviləsi”nə uyğun olaraq, “BP” şirkəti tərəfindən hədiyyə edilir. Bu, səmt qazı adlanır. Yəni bu qaz müqaviləyə əsasən, pulsuz olaraq bizə verilir. Ölkəmizdə həmin qazdan məişətdə istifadə olunur. Hazırda ölkədə təbii qazın kubu 20-25 qəpiyə təklif olunur. Heç 1200 kub 2 aya belə bəs etmir. Nəticədə limit keçilir. Yəni bizdəki ortalama qiymət İrandan belə 10 dəfə bahadır. Buna görə də ya qiymət ucuzlaşmalı, ya da limit ləğv olunmalıdır”.

Xəbər 2642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +