Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


19.05.2020  13:11 

Rəsmi Çindən ABŞ-a İTTİHAM





A+  A-

"Dünyanın ən böyük haker imperiyası olan ABŞ internetdə qlobal miqyaslı izləmə həyata keçirir, Vaşinqton bu hərəkətləri dərhal dayandırmalıdır".
XəzərNews.az xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan brifinq zamanı deyib. O "Apple" şirkətini Çin və Rusiya ilə əməkdaşlıq edərək insanları izləməkdə günahlandıran ABŞ Baş Prokuroru Uilyam Barrın iddialarına münasibət bildirib.

"Əslində, şəbəkədəki ən böyük qlobal izləmə və məlumat oğurluğu həyata keçirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ dünyanın ən böyük haker imperiyasıdır." O ABŞ-ı rəqəmsal əsrdə məxfilik hüququ ilə bağlı BMT-nin müvafiq qətnamələrinə əməl etməyə və internetdə genişmiqyaslı qlobal izləməni dərhal dayandırmağa çağırıb.

"Biz həmçinin ABŞ rəsmilərini Çinə böhtan atmağa da son qoymağa çağırırıq", - deyə Çjao Liszyan bildirib.



Xəbər 2876 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +