Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


02.12.2019  11:09 

İki qardaş birləşib küçədə yaşayan şəxsi soydu





A+  A-

Bakıda qardaşlar quldurluq yolu ilə evsiz şəxsin pulunu əlindən alıblar.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə dekabrın 2-i gecə saat 2 radələrində Xətai rayonunda baş verib. “E-Club” çay evinin qarşısında Rauf və Rəhman Mirzəyev qardaşları, dostları Asəf İsmayılovla birgə 1988-ci il təvəllüdlü Ruslan Mirzəyevi bıçaqla hədələyərək 417 manat pulunu alıblar.

Əməliyyat nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Rauf Mirzəyev, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asəf İsmayılov saxlanılıb. Rəhman Mirzəyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Məlumata görə, zərərçəkmiş Ruslan Mirzəyev Yeni Günəşli qəsəbəsində yerləşən 278 nömrəli orta məktəbin həyətində yaşayır. O, əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər 2840 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +