Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR
Ukrayna üçün silah məlumatlarını oğurladılar
“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident
Fidan Rusiyadan sonra Ukraynaya gedəcək
Xala oğlu direktor, yeznə müavin... - İDDİA
Prezident Laçında hansı açılışları etdi?
İran “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır


20.12.2022  10:00 

Talıbovlar “Avtovağzal Otel“i necə ələ keçirib?





A+  A-

Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də "Avtovağzal Otel"dir.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz öz mənbələrinə istinadla paylaşıb.

O bildirib ki, otel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub:

"2016-cı ildə otel "Nəqşicahan holdinq"in mülkiyyətinə daxil olub. Otelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur".

Ekspert analoji "özəlləşmənin" Diaqnostika Mərkəzinə də aid edildiyini vurğulayıb:

"Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, otel bundan daha aşağı qiymətə mənimsənilib".

Qeyd edilib ki, otellə bərabər, ətrafındakı 15 mağaza da özəlləşdirilib:

"Mənbənin sözlərinə görə, bu obyektlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb".

Xəbər 1023 dəfə oxunub.




27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb

27.05.2025  09:20 

Nazirliyin əməkdaşı həbs edilib


BÜTÜN XƏBƏRLƏR +