Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR
Ukrayna üçün silah məlumatlarını oğurladılar
“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident
Fidan Rusiyadan sonra Ukraynaya gedəcək
Xala oğlu direktor, yeznə müavin... - İDDİA
Prezident Laçında hansı açılışları etdi?
İran “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır


20.06.2019  15:19 

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq





A+  A-

Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”, “Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Bundan başqa, “Nar” idmançıların 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirakına da dəstək olacaq. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək.
XəzərNews.az xatırladır ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. Eyni zamanda, klub idmançıları 2012-ci ildən paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya oyunlarının qızıl, gümüş, bürünc medallarını qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq gənclərə və idmana hər zaman dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1454 dəfə oxunub.




27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb

27.05.2025  09:20 

Nazirliyin əməkdaşı həbs edilib


BÜTÜN XƏBƏRLƏR +