12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


26.02.2019  13:26 

Azərbaycanda meşələrin çəpərlənməsi ilə bağlı açıqlama





A+  A-

“Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək”.
XəzərNews.az bildirir ki, bu barədə ETSN-nin sektor müdiri Sadiq Salmanov “Qafqazinfo”ya meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı məlumatı şərh edərkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur:

“Təssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlərlənmə işləri aparılır.

Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq və söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir”.

S.Salmanov bildirib ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub

Xəbər 1480 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +