Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


20.02.2025  11:51 

İFA SPOR Xocalı soyqırımının qurbanlarını yad etdi





A+  A-

İstanbulda İFA SPOR klubunun təşkilatçılığı, klubun başqanı Erdinç İlter, vitse-prezident Berkan Tar, baş direktor Okay Kaptan, İdarə Heyətinin üzvləri, idmançılar və Zeynəbiyə icmasının iştirakı ilə Xocalı soyqırımını yad edən pankartla dünyaya mesaj verilib.

Bu barədə açıqlamanı XəzərNews.az-a I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, hərbi ekspert Akif Qasımov verib.

Onun sözlərinə görə, iştirakçılar və idmançılar soyqırım nəticəsində həlak olan soydaşlarımızın ruhuna dualar ediblər.

“Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki və Qarabağ qazisi olaraq, məni bu vacib gün münasibətilə dəvət etdiklərinə görə bütün həmvətənlərim adından İFA SPOR klubu İdarə Heyətinə və idmançılarına minnətdarlığımı bildirirəm.Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı! Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə”- deyə Akif Qasımov bildirib.

Qeyd edək ki, İFA SPOR klubu daha çox son illərdə Türkiyəyə köçən azərbaycanlılardan ibarətdir.






Xəbər 1749 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +