Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto
Deputatlar tətilə çıxdı
Sabah gündüz 34-38° isti olacaq
Yeni təyin olunan məmurlar ətrafına dost-tanışını yığır - Deputat
Oğul anasını döyərək öldürdü - Azərbaycanda
Keyt Kelloq Kiyevə işgüzar səfərə gəlib
Baptist kilsəsində atışma baş verib


26.10.2021  15:34 

Ata Abdullayev hədə-qorxu gələrək 15 min tələb edib - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XezerNews xəbər verir ki, bugünkü iclasda zərərçəkənlər ifadə verib.

Sabiq MTN əməkdaşı Elçin Əliyev bildirib ki, Ata Abdullayev hədə-qorxu gələrək ondan 15 min manat pul tələb edib: “2020-ci il yanvarın sonları idi. Dostlarım zəng elədi ki, Ata Abdullayev gəlib mənim Sabunçudakı torpaq sahəmə baxış keçirir. Səhəri gün yenidən ora gəldi. Dedi ki, əlində bu ərazidə ağacların kəsilməsinə dair video var. Guya mən ağacları kəsib yerində bina tikəcəyəm. Dedi ki, ya mənə 15 min manat verəcəksən, ya da bu videonu yayıb səni biabır edəcəyəm. Mən də dedim ki, get nə bilirsən elə. Fevralın 3-də dedilər ki, Ata Abdullayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə yenidən mənim ərazimə gəlib. Getdim ki, nə məsələdir. Mənə dedi ki, sənə sözümü demişdim, hələ görəcəksən. Dedim ki, hər nə çəkmisənsə, lazım deyil, yayma. Sonra uşaqlar dedi ki, çəkdiyi videoları internetə yükləyib”.

Zərərçəkmişin sözlərinə görə, ərazidəki ağacları əslində vaxtilə ora əkmiş başqa bir kişi çıxarıb aparıb öz bağında əkib. Məlum olub ki, hadisə vaxtı ərazi E.Əliyevə məxsus olmayıb. Ərazinin çıxarışı olmayıb və E.Əliyev orada icarədar olub.

A. Abdullayevin vəkili bildirib ki, ərazidəki ağacların kəsilməsi həqiqətən qanunsuz olub və bununla bağlı ETSN cərimə də tətbiq edib.

Zərərçəkmiş şəxsin Ata Abdullayevdən hər hansı maddi tələbi olmasa da, nüfuzuna və şəxsiyyətinə xələl gəldiyini əsas gətirərək onun cəzalandırılmasını istəyib.

Daha sonra digər zərərçəkmiş Cəmil Babayev ifadə verib. O, A. Abdullayevin hədə-qorxu ilə ondan 7 min manat istədiyini deyib: “2020-ci ilin noyabrında Yasamal rayonunda mənə məxsus obyektin qabağında küləyin təsirindən ağac aşıb orada dayanan maşının üstünə düşmüşdü. Müvafiq qurumlara məlumat verdik, səhəri günü gəlib baxdılar, ağacı kəsdilər. Həmin vaxt Ata Abdullayev gəldi ki, sən bunu qəsdən eləmisən. Obyektinin qabağı olduğu üçün ağacı kəsdirirsən. Mənə dedi ki, “7 min manat verməsən, video çəkib paylaşacağam”. Mən etiraz edəndə video çəkib, kameranı mənə tərəf tutub, canlı yayım açdı. Şərhlərdə mənə ağır söyüşlər söyürdülər”.

Cəmil Babayev maddi tələbi olmadığını, cəzasını məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Proses noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. /“Qafqazinfo”/

Xəbər 3201 dəfə oxunub.




14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +