Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


11.09.2021  19:17 

AQTA 12 müəssisədə pozuntular aşkarladı





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində reydləri davam etdirir.
AQTA-dan XəzərNews.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 10-da ölkə üzrə 419 ictimai iaşə obyektində 713 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət ştq,Quliyev 57 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elşən Vaqif oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 131 A ünvanında yerləşən, fiziki şəxs Rəhimov Elmir Musavi oğluna məxsus yeməkxana;
3. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 4/2 ünvanında yerləşən, fiziki şəxs Bəylərov Bəylər Eyvaz oğluna məxsus ərzaq mağazası;
4. Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küç 23/60 ünvanında yerləşən, hüquqi şəxs "NİCAT-K" firmasına məxsus kolbasa istehsalı sexi:
5. Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., Cavad Xan küçəsində yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus kafe;
6. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 59 m ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 5 ünvanında yerləşən, fiziki şəxs İsmayilov Səməd Xəqani oğluna məxsus yeməkxana;
8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs Kərimov Arzuman Əhməd oğluna məxsus “Green Park” restoranı;
9. Bakı şəhəri, Xətai rayonu, H.Tağızadə ev 11/15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Kamran Rafiq oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, S.Orucov, 1188 məh., 17c ünvanında yerləşən, fiziki şəxs Qurbanov Ibrahim İlham oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Q.Yesenin ünvanında yerləşən, fiziki şəxs Məmədov İlham Xanballa oğluna məxsus “Görüş” restoranı;
12. Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilrzaoğlu 35 ünvanında yerləşən, fiziki şəxs Səmədov Ceyhun Mirabdulla oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Xəbər 4064 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +