Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


08.09.2023  19:11 

İcra başçısı 600 bal toplayan tələbələrə 6 manatlıq saat hədiyyə edib





A+  A-

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.

XəzərNews.az "Unikal"a istinadən xəbər verir ki, icra başçısı tələbələrə "qiymətli" hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.

Bildirilib ki, həmin saatlar da sadəcə yüksək bal toplayan tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Mansur Məmmədov bildirib ki, bu xatirə hədiyyəsidir:

"Hədiyyənin qiymətinə baxmazlar. Həmin tədbir zamanı onların özlərinə də bildirildi ki, bu, sadəcə xatirə üçündür. Məqsəd tələbələri təbrik etmək idi", - deyə o qeyd edib.

Xəbər 2834 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +