Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


14.04.2023  18:31 

“Azdrama”nı kim xilas edə bilər?





A+  A-

"Bizim teatrı idarə etmək asan deyil. İlk növbədə problemləri bilmək lazımdır. Teatra yad adamın gəlməsini istəmirəm. Ona görə də təklif edirəm ki, Akademik Milli Dram Teatrının direktoru Nurəddin Mehdixanlı olsun”.

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Onun sözlərinə görə, Nurəddin Mehdixanlı teatrın bilicisidir, istetdadlı aktyordur, vətənpərvərdir, eyni zamanda dövlət tərəfindən sayılıb-seçilir:

"Azərpaşa Nemətov dünyasını dəyişib, teatr başsız qalıb. Baxırıq, görürük ki, canfəşanlıq edənlər çoxalıb. Çox adam istəyir ki, teatra rəhbər gəlsin. Lakin bu, mümkün deyil. Vaxtilə, "Azdrama”da təsadüfü adamlar direktor olub. Onlar teatrı söküb-dağıdıblar. Teatra elə adam gəlməlidir ki, buranı göz-bəbəyi kimi qorusun, kollektivi düşünsün, eyni zamanda tamaşa qoymaq üçün seçmə rejissorlar dəvət eləsin. "Azdrama”da bir rejissor ola bilməz. Bu teatrda həmişə Baş rejissordan əlavə 4-5 rejissor olub. Rejissorlar arasında rəqabət olmalıdır. Teatrda Bədii Şura da olmalıdır”.

"Bəs, niyə seçiminiz Nurəddin Mehdixanlıdır” sualının cavabında Əli Nur bildirib ki, Nurəddin Mehdixanlı teatr strukturunu gözəl bilir:

"Teatrın ağrılı yerlərinin hamısını Nurəddin Mehdixanlı bilir. Məsələn, teatra kimləri cəlb eləmək, teatrı dünyaya necə çıxartmaq, qastrollara getmək və s. bu kimi modeli Nurəddin müəkəmməl bilir. Bu, mənim təklifimdir, amma son söz dövlətimizin və onun başçısınındır. Teatrda direktorla yanaşı, bədii rəhbər də lazımdır. Bizim məqsədimiz odur ki, teatrın direktoru, Baş rejissoru, rejissor heyəti olsun. Bilirəm ki, bu teatrın başına gələn bütün faciələrdə Nurəddin sinəsini qabağa verib, teatrın adını qoruyub. Başqaları hamısı susub. İnsan isə susubsa, deməli, şər qüvvələrə xidmət edib. Nurəddin isə heç vaxt susmayıb, teatrın bütün problemlərində öndə olub”.

Əli Nurun fikirincə, Nurəddin Mehdixanlıdan sonra "Azdrama”ın rəhbəri kimi Xalq artisti Bəsti Cəfərovanı görür:

"Döyüşkən aktrisadır, teatrı sevir, nüfuzu böyükdür. Bəsti xanım bu işlərin öhdəsindən uğurla gələ bilər”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının direktoru Xalq artisti Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə seçilib. Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.



Xəbər 2819 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +