Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq


06.04.2023  13:51 

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub





A+  A-

Bakıda orta məktəbdə kütləvi zəhərlənmənin olması ilə bağlı xəbərlər yayılıb.

Məlumata görə, hadisə Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində baş verib.

Zəhərlənənlərin ibtidai sinif şagirdləri olduqları bildirilir.

Məsələ ilə bağlı 20 nömrəli məktəblə əlaqə saxladıq.

XəzərNews.az xəbər verir ki, məktəbdən Bakupost.az -a sualı yönləndirdiklərini desələr də, sonradan cavab verən olmadı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib:

"Onlar mədə ağrısı şikayətləri ilə müraciət ediblər. Təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.
Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”, - deyə B.Məmmədov qeyd edib

Xəbər 2433 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +