Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir


02.12.2022  09:43 

Dekabrda əfv gözlənilirmi? - AÇIQLAMA





A+  A-

“İlk növbədə əfv fərmanının verilib-verilməməsi cənab Prezident İlham Əliyevin iradəsi ilə bağlıdır. Bütün bunları Cənab Prezident müəyyənləşdirir, amma ümumiyyətlə, baxsaq mənim növbəti əfv fərmanının olmasıyla bağlı böyük gözləntilərim yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Tanınmış hüquqşünas qeyd edib ki, cari ildə Cənab Prezident tərəfindən əfv sərəncamı imzalanmışdır.

“Həmin sərəncama əsasən 200-dən artıq şəxs cəzanın qalan hissəsindən azad edilmişdir. Ona görə, bir il ərzində növbəti əfv sərəncamının olmasıyla bağlı gözləntilərim böyük deyildir və güman etmirəm”.

Hüquqşünas qeyd edib ki, ölkə başçımız tərəfindən hər zaman Azərbaycan tarixinin mühüm hadisələri zamanı bir qayda olaraq əfv sərəncamları verilmişdir və gələn il də bunun olması istisna deyil.

“Bilirsiniz ki, cümhuriyyətimizin 100 illiyi ilə bağlı cənab Prezidentimizin əfv sərəncamı oldu. Eyni zamanda, Zəfər amnistiyası oldu. Qeyd edim ki, biz hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının olduğunu görmüşük. Əlbəttə ki, gələn il çox böyük hadisələr ilidir. Bizim ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyidir. İctimai tədbirlər keçiriləcək və istisna etməzdim ki, 100 illiklə bağlı əfv sərəncamı ola bilər. Amma yenə də, bununla bağlı qərarı bizim hörmətli Prezidentimiz verə bilər. Azərbaycanın Əfv institutu Ümummilli Lider tərəfindən konstitusiyaya daxil edilmişdir. Ona görə, ümid edirəm ki, bu istiqamətdə qərarlar ola bilər. Amma, dəqiq və doğru məlumatı vermək imkanından məhrumam, çünki bu hüquq Prezidentimizin konstitusion səlahiyyətidir”.



Xəbər 2452 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +