Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


03.10.2022  10:02 

Qızlara pornoqrafik videolar göstərən şəxs cəzalandı





A+  A-

İmişli rayonunda azyaşlı qızlara pornoqrafik videolar göstərən şəxsə cinayət işi açılıb.

Hadisə bu ilin aprel-mart aylarında baş verib. Rayonun kəndindlərindən birində yaşayan 1991-ci il təvəllüdlü Zaur İbişov (şərti) işlədiyi mağazaya alış-verişə gələn 2011 və 2013-cü il təvəllüdlü qızlara pornoqrafik videolar göstərib və onlara qarşı digər əxlaqsız hərəkətlər edib.

Övladlarını daim ərzaq almaq məqsədilə mağazaya göndərən azyaşlıların valideynləri məsələdən xəbər tutduqdan sonra polisə müraciət ediblər və 31 yaşlı Zaur məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Z.İbişov ailəlidir və iki azyaşlı övladı var.

Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar bir neçə gün əvvəl İmişli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Z.İbişova 2 il müddətinə islah işləri cəzası verilib./“Qafqazinfo”

Xəbər 4604 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +