Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


24.05.2021  09:57 

“YAŞAT” videoyayım formatında marafon keçirəcək





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.
XəzərNews.az xəbər verir ki, marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.

Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.

Artıq PR məqsədilə “Yaşat Marafonu”nun keçiriləcəyi ilə bağlı mətbuat konfransı təşkil edilib. Marafonla bağlı PR materiallar mediada (TV, radio, saytlar), sosial şəbəkələrdə (fb, instagram, twitter, telegram, linkedin, youtube), “ASAN xidmət” mərkəzlərində və şəhərdəki monitorlarda nümayiş olunacaq.

Leyla Quliyeva və Tural Əsədovun aparıcılığı ilə keçiriləcək marafonun yayım vaxtı 25 may, 21:00 -23:00 arasında olacaq.

Xəbər 3600 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +