Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


08.06.2020  11:20 

İcaze.e-gov.az-da 160 minə yaxın icazə qüvvədə olub





A+  A-

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.
XəzərNews.az-ın məlumatına görə, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 9218 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 159871 icazə qüvvədə olub.

Xəbər 3276 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +