Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


22.08.2019  10:32 

Yenə qaz olmayacaq





A+  A-

Bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.
XəzərNews.az xəbər verir ki, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib.

Bundan əlavə, saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.

Həmçinin “Qaz İxrac” İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq 2 saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun 3 kəndində qaz olmayacaq.

Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbər 2499 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +