Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


15.07.2019  15:11 

Müəllimlərin işə qəbulunda 3 nəfər ən yüksək nəticə göstərib





A+  A-

Bu gün Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mediatur iştirakçılarına bildirilib ki, son illərdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artır.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində isə 48 204 namizəd iştirak hüququ qazanıb. Məlumat verilib ki, bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Qeyd edək ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək.

Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Xəbər 2799 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +