Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


30.10.2018  17:21 

Şamaxının yeni başçısı nazir müşaviri olub





A+  A-

Prezident İlham Əliyevin Şamaxıya icra başçısı təyin etdiyi Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.
XəzərNews.az xəbər verir ki, yeni başçı “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. İctimai Televiziyada departament direktoru olub.

T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.

Bakı Dövlət Universitetinin doktorantıdır.

Xəbər 3065 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +