Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


15.03.2017  10:51 

Füzulidə Novruz bayramı münasibəti ilə şənlik keçirilib





A+  A-

Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bayram münasibətilə Hordiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.
XəzərNews.az xəbər verir ki, bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon İcra Hakimiyyəti Aparatının işçiləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları əvvəlcə Novruza aid adət-ənənələrini özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranmış, nehrə çalxalanmış, sacda yuxa bişirilib.

Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlamış, Novruz tonqalı alovlandırılıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.
Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.

Alı Alıyev deyib: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq yeddi ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.”

Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Kosa və keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.

Xəbər 3314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +