Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


16.01.2024  05:23 

İsveçin NATO-ya qəbulu məsələsi Macarıstan hökumətinin gündəliyinə daxil edilməyib





A+  A-

Macarıstanın baş nazirinin müavini Jolt Şemyen parlamentə hökumətin 2024-cü ilin yaz sessiyası üçün qanunvericilik proqramını təqdim edib, bu proqramda İsveçin NATO-ya qəbulu ilə bağlı sazişin ratifikasiyası məsələsi yer almayıb.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, Macarıstanın Dövlət Assambleyası (birpalatalı parlament) Milad və Yeni il bayramı ilə əlaqədar fasilədən sonra fevralda öz işini bərpa edəcək.

Qeyd olunub ki, 18 bənddən ibarət hökumət proqramı yanvarın 15-də parlamentin sədri Laslo Köverə təqdim olunub. Proqrama beynəlxalq müqavilələrlə bağlı qanunvericilik vəzifələri daxil edilməyib.

Lakin burada Avropa İttifaqı standartlarına uyğun minimum əmək haqqı haqqında, xarici diplom və sertifikatların Macarıstanda tanınması haqqında, 2025-ci il dövlət büdcəsi haqqında qanun layihələri və bir sıra digər sənədlər mövcuddur.

Hökumət 2022-ci ilin yayında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün qanun layihəsini parlamentə təqdim edib, lakin İsveç siyasətçilərinin Macarıstana qarşı qeyri-dost bəyanatlarına görə deputatlar onu təxirə salıblar.

Sənəd artıq komitələrdə müzakirə olunub, lakin onun parlamentin tam tərkibdə səsvermə tarixi hələ müəyyən edilməyib.

Dekabrda ilin yekunları ilə bağlı mətbuat konfransında Macarıstanın baş naziri Viktor Orban hələlik deputatlar arasında bu məsələ ilə məşğul olmaq üçün böyük istək görmədiyini bildirib.

Xəbər 2601 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +