26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO


17.11.2023  04:49 

Türkiyəli aparıcı Metin Uca vəfat edib





A+  A-

Türkiyəli aparıcı və yazıçı Metin Uca 62 yaşında vəfat edib.

Xəzərnews.az xəbər verir ki, Ucanın ölüm xəbərini meneceri Kübra Kalem Baykara sosial şəbəkədə açıqlayıb.

“Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır”, – menecer yazıb.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda avtomobil sürərkən aparıcının vəziyyəti anidən pisləşib və o, qəza törədib. Onun şah damarlarının tıxanmış olduğu ortaya çıxıb.

Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına “Anadolu” agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra “Kanal D”, “Show TV”, ATV və “Star TV”də davam etdirib. O, ilk növbədə, “Passaparola” verilişinin aparıcısı kimi tanınıb. Uca yazıçı kimi bir neçə kitabın müəllifidir.

Xəbər 2784 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +