Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


14.11.2023  11:08 

“Şlyapa Zahid”in həbs müddəti uzadıldı





A+  A-

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə saxlama müddəti 35 gün uzadılıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

İttihamda deyilir ki, Niftəliyev Zahid Gülsəfa oğlu kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim edib 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Z.Niftəliyev bu iş üzrə həbs edilməzdən bir müddət əvvəl başqa bir iş üzrə şərti cəzaya məhkum edilib.

Xəbər 2479 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +