Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


04.11.2023  09:46 

Etibar Məmmədov siyasətə qayıdır?





A+  A-

“Təqaüddəyəm, memuarlarmı yazıram”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Toplum TV-yə müsahibəsində milli-azadlıq hərəkatının rəhbərlərindən olmuş, AMİP-in ilk sədri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, memuarların toplandığı kitab ictimai-siyasi həyatını əhaətə edəcək.

“Mən siyasi fəaliyyətimə tələbəlikdən başlamışam. Yazmalı çoxlu səhifələr var”-deyə E.Məmmədov bildirib.

O kitabda sürprizlərin olacaqlarını da istisna etməyib.

Etibar Məmmədov siyasətə qayıtmaq fikrində olmadığını vurğulayıb.

Qeyd edək ki, E.Məmmədov 1992- 2004-cü illərdə AMİP-ə rəhbərlik edib. İki çağırış Milli Məclisin deputatı olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarındandır. 2004-cü ildə AMİP sədrliyindən istefa verərək aktiv siyasəti tərk edib.

Xəbər 2717 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +