Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


03.05.2023  09:55 

Astarada evdən 8 kq-dan artıq narkotika aşkarlanıb





A+  A-

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Təbriz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən 8 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 57 fakt aşkarlanıb. Həmin faktlar üzrə 14 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, 36 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib. Qanunsuz dövriyyədən 47 kiloqrama yaxın narkotik vasitə çıxarılıb ki, onun da 20 kiloqramdan artığı güclü təsiredici xassəyə malikdir.

Xəbər 2361 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +