Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


13.04.2023  12:25 

Saxta pul hazırlayanlar saxlanıldı - Foto





A+  A-

Aprel ayının 9-da Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib.

XəzərNews.az DİN-ə istinadla xəbər verir ki, məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib. Onun ətrafında aparılan araşdırmalarla həmin əsginası həmyerlisi və həmin qəsəbədə yaşayan qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub.

Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginas, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb. Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Xəbər 2425 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +