Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


25.11.2022  16:44 

Qarabağda qəzaya düşən Binəli Yıldırımın alnında izlər qalıb





A+  A-

Azərbaycanda keçirdiyi qəzadan sonra Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan AK Partiya sədr müavini Binəli Yıldırım xəstəxanadan buraxıldıqdan təxminən bir ay sonra ilk dəfə görünüb.

XəzərNews.az xəbər verir ki, son dərəcə sağlam olduğu müşahidə edilən B.Yıldırımın alnındakı iz diqqət çəkib.

Belə ki, onun son vəziyyəti bu gün sosial mediada paylaşım edərək ortaya çıxıb.

Başındakı sarğı çıxaran Binəli Yıldırımın alnının ön hissəsində iki kəsik izi olduğu görülüb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımı daşıyan avtomobil oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanına gedərkən qəzaya uğramışdı. B.Yıldırım və Ş.Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya gətirilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkmişdi.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılmışdı.


L.Zahidqızı
XəzərNews.az





Xəbər 2479 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +