Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


10.11.2022  16:59 

“Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?” - Deputat





A+  A-

“Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə 650 milyon manat vəsait ayrılır. Bu da büdcənin 1/60 hissəsidir, olduqca azdır”.

XəzərNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə deputat Sabir Rüstəmxanlı bildirib.

“İki dövlət arasında savaş təkcə cəbhədə getmir. İki ölkə arasında savaş mədəniyyət, iqtisadiyyat və digər sahələrdə gedir. Mədəniyyət bu cəhbələrdən biridir. Ona hökmən ciddi yanaşmaq lazımdır”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, Prezident 4 il əvvəl büdcənin nəticəyə hesablanması təklifini irəli sürüb: “Təəssüflər olsun ki, büdcə layihəsində o nəticələr yoxdur. Mədəniyyət Nazirliyinə verilən maliyyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”

Xəbər 2530 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +