Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı


03.11.2022  14:33 

Əhməd İsmayılovla Anar Nağıyev arasında görüş - Foto





A+  A-

Noyabrın 3-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev arasında görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov ölkəmizdə medianın keçdiyi inkişaf yolundan, aparılan islahatlardan danışaraq təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb. O, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev media sahəsində islahatlar prosesinin geniş vüsət almasını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin təşkili mexanizmləri müzakirə olunub.





Xəbər 2454 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +