Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


21.08.2022  10:35 

Duqinin qızının avtomobilini kim partladıb? - Video





A+  A-

Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil partladılıb.

30 yaşlı Duqina hadisə yerində ölüb. Onun tamamilə yanmış meyitini ekspertizadan sonra tanımaq mümkün olub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtomobil hərəkətdə olarkən baş verib. Duqinanın avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb, bundan sonra o, yoldan çıxaraq binaya çırpılıb.

Avtomobili Darya Duqinanın özü idarə edirmiş. Məlumata görə, tədbirlərin birindən birlikdə çıxan Aleksandr Duqinlə qızı eyni avtomobilə əyləşməli imiş. Lakin filosof son anda fikrini dəyişərək başqa maşınla yola düşüb. Hədəfin Aleksandr Duqin ola biləcəyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb/“Qafqazinfo”

***

Ukrayna mediasının məlumatına görə, rusiyalı təbliğatçılar Duqinin qızının avtomobilinin partladılmasında ukraynalı “millətçilər”i günahlandırır və fəal şəkildə bu fərziyəni təbliğ edirlər.



Xəbər 3137 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +