Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


25.05.2022  14:01 

Məscidlər diplomsuz mollalardan təmizlənir - Açıqlama





A+  A-

Məscidlərdə və ibadət yerlərində din xadimi kimi fəaliyyət göstərmək istəyənlərin mütləq dini ali və orta təhsili olmalıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Komitə rəsmisi qeyd edib ki, din xadimi işləmək üçün xüsusi tələblər müəyyənləşdirilib:

"Din xadimlərini təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb, tələb edilən müvafiq sənədlər açıqlanıb".

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim etməlidirlər.

• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Tərcümeyi-hal;
• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
• Sağlamlıq haqqında arayış;
• Narkoloji dispanserdən arayış;
• Ruhi-əsəb dispanserindən arayış;
• Məhkumluq barədə arayış;
• Foto (3x4) (4 ədəd);
• Ərizə.
• Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.


Xəbər 5693 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +