Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...


13.04.2022  11:41 

Keçmiş deputatın qardaşı da saxlanıldı





A+  A-

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Lakin bu işin Rafael Cəbrayılovun cinayət işi ilə əlaqəli olub-olmadığı məlum deyil. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiqləyib:

"Elşən Cəbrayılovun srağagün saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.

"Rafael Cəbrayılov işi” Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatındadır.

Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.

Xəbər 3241 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +