Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


12.04.2022  09:41 

Sağlam həyat tərzi ilə bağlı təlim keçirildi - FOTO





A+  A-

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihənin ilk təlimi Sumqayıt Gənclər evində keçirilib.

XəzərNews.az xəbər verir ki, əvvəlcə layihə rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat verib.

Sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında çıxış edib.

Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılanıb.

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat verib.



Təlim gənclər tərəfindən çox böyük maraqla qarşılanıb.

Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaradıb.

Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Günün sonunda iştirakçıların və Healtway qrupunun dəstəyi ilə özündə sağlam həyat tərzi haqqında məlumatları əks etdirən 375 ədəd buklət paylanıb.



Xəbər 3235 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +