Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


02.12.2021  00:10 

Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu





A+  A-

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Sonbahar” MMC (VÖEN- 8700137111) olub.

Xəstəxana kotirovka sorğusunu oktyabr ayının 1-də elan edib. "Sonbahar” MMC isə cəmi bir gün əvvəl - 29.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə tədbirlərin təşkili və keçirilməsini həyata keçirəcək və bu iş üçün 7 min 6 manat alacaq.



Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanından bir gün əvvəl yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.

Ötən ay Respublika Cüzəm Xəstəxanasının keçirdiyi tender müsabiqəsində (kotirovka sorğusu) "Lena” MMC (VÖEN-1307364501) qalib olub.

Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. "Lena” MMC də eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.



Xəbər 3084 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +