Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Prezidentlərin Əbu-Dabi görüşü... - Təsdiqləndi
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq
Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi
Rusiyada avtomobil bazarı çökür
“Qalatasaray”dan Oşimenlə bağlı yeni AÇIQLAMA
Məktəbli qıza təcavüz edən gənc saxlanılıb
Ermənilər üzüm sortlarımıza da sahib çıxır


24.09.2021  11:19 

Rövşən Lənkəranskinin “xaç oğlu”nun FOTOLARı





A+  A-

Kriminal aləmdə atasının yolunu gedən oğullar da var. Bunlardan biri də azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Zaur Naxçıvanski” kimi tanınan Zaur Bayram oğlu Şipilovdur.
1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan 36 yaşlı Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Zaur Naxçıvanski Rövşən Lənkəranskinin "xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb.

Zauru "tac”landıran da məhz Rövşən Canıyev olub. Bu, 2013-cü ildə Türkiyədə keçirilən "sxodka”da baş verib.

27 yaşında "qanuni oğru” adını alan Zaur Şipilov "Zaur Naxçıvanski” kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu "oğru” kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan "Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.

Son həbsinə gəlincə, Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina” həbsxanasına göndərilib.

Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. Ən gənc "qanuni oğru”lardan olan Zaur, "Matroskaya Tişina” cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru” Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib. 2018-ci ildə isə azadlığa çıxıb. (kriminalqafqaz.az)

Xəbər 4466 dəfə oxunub.




09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +