Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı


21.08.2021  08:53 

Qrenlandiya buzlaqlarına ilk dəfə yağış yağdı





A+  A-

Qrenlandiya buzlaqlarının zirvəsində ilk dəfə yağış yağıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də Qrenlandiyada 3216 metr yüksəklikdəki bir bölgəyə bir neçə saat yağış yağıb.

Temperaturun donma dərəcəsindən aşağı olduğu bölgədə bu, qeydiyyata alınan ilk yağış olub.

Yağış bölgədəki buz örtüyünün ən son böyük “ərimə hadisəsinə” təsadüf edib. Bölgədə iyul ayı ərzində iki böyük ərimə baş verdiyini bildirən alimlər yağışın yağdığı gecə 872 min kvadrat kilometr sahədə ərimə qeydə alındığını açıqlayıblar.

Alimlər qeyd ediblər ki, qlobal istiləşmə səbəbindən qütb bölgəsi dünyanın digər ərazilərindən iki dəfə daha sürətlə isinir.



Xəbər 3627 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +