Goranboyda piyadanı vuran sürücü Gəncədə öldü
Ukraynalılar burada olacaqlar - Zelenski
“Bolluq LTD MMC”nin uşaq yeməyindən dəmir çıxdı
Rusiyada 4 azərbaycanlı iş adamı saxlanıldı
Samuxda zəlzələ baş verib
PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda


17.05.2021  18:14 

Ləğv edilmiş bankların əmanətçilərinin NƏZƏRİNƏ





A+  A-

Lisenziyası ləğv edilmiş “AGBank” və “NBCBank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatdı.
Əmanətlərin Sığortalanması Fondundan XəzərNews.az-a verilən məlumatda bildirilir ki, ilkin olaraq 16 iyun 2020-ci il tarixindən başlayaraq “AGBank” ASC və “NBCBank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıb.

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib.

Qeyd edək ki, ötən ilin iyun ayının 16-dan cari ilin may ayının 16-dək “AGBank” ASC-nin 4 min 803 əmanətçisinə 121 milyon 055 min 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32 faizi), “NBCBank” ASC-nin 4 min 249 əmanətçisinə 133 milyon 213 min 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13 faizi), hər iki bank üzrə isə toplam 9 min 052 əmanətçiyə 254 milyon 269 min 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Yuxarıda adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Xatırladaq ki, lisenziyası ləğv edilmiş “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulu müddəti də başa çatıb.

Xəbər 3746 dəfə oxunub.




15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +