Müharibə zamanı Azərbaycan humanitar yardıma hazır idi - Pezeşkian
Tramp: Moskvanı bombalayıb cəhənnəmə çevirəcəyəm
Tələbə asılmış vəziyyətdə tapılıb
Ukrayna dronları Moskvaya hücum edib
28 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi


05.03.2021  12:32 

Oğurladığını aşırdı, qayıtmaq üçün yenə maşın qaçırdı





A+  A-

Mingəçevir şəhərində polisə üç “VAZ 2106” markalı avtomobilin qaçırıldığı barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb.

Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 4144 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +