Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?


20.12.2020  14:26 

Rusiyada son 2 həftədə rekord yoluxma





A+  A-

Rusiyada son bir gündə 28 min 948 yeni yoluxma faktı qeydə alınıb. Bu, dekabrın 6-dan indiyədək qeydə alınan ən yüksək göstərici olub.
XəzərNews.az “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 511 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 50 min 558 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 275 min 657 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 848 min 377 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 1 731 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 208 min 638-ə çatıb.

Ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2 094-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 180 min 441 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 652 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 153 min 825 nəfərə çatıb. Daha 14 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 630-a çatıb. Ümumilikdə sağalanların sayı isə 132 min 532 nəfərdir.

Qeyd edək ki, Ermənistanda pandemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 3303 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +