Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq


25.08.2020  12:26 

Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı





A+  A-

Xəbər verdiyimiz kimi, avqustun 18-də Ramiz Mehdiyevin nəvəsinin toyuna gedərək karantin qaydalarını pozan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov məsələ ictimailəşəndən sonra istefa verib. Bu gün isə hakim partiya Siyavuş Novruzovun istefasını qəbul etdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, artıq partiyanın rəsmi saytında icra katibliyinin siyahısından Siyavuş Novruzovun adı çıxarılıb.

Hazırda Yeni Azərbaycan Partiyasının icra katibliyinin siyahısında bu şəxslər var:

Sədr müavini - icra katibi Əli Əhmədov,

İcra katibinin müavini - Mübariz Qurbanlı,

Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri - Aydın Mirzəzadə,

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Sevinc Fətəliyeva,

Mətbuat xidmətinin rəhbəri - Hüseyn Paşayev,

Maliyyə təsərrüfat şöbəsinin müdiri - Mahir Abbasəliyev,

Sosial media qrupunun rəhbəri - Ramil Vəlibəyov,

Gənclərlə iş qrupunun rəhbəri - Elmar Məmmədov,

Sənədlərlə iş və statistika sektoru - Ramilə Bədəlova.

Xatırladaq ki, S.Novruzov ombudsman xanımı ilə birgə xüsusi karantin qaydalarını pozduğuna görə hər biri 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Hazırda S.Novruzov Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədridir.

Xəbər 3520 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +