Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir


29.07.2020  19:11 

Ukraynada COVID-19-a yoluxmada kəskin artım





A+  A-

Ukraynada COVID-19-la xəstələnmə göstəricisi bir ay ərzində üç dəfədən çox artıb – 100 min əhaliyə 161,4 nəfər.
XəzərNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu məlumat ölkənin Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilib.

Ukraynanın Səhiyyə naziri Maksim Stepanov iyunun 25-də keçirdiyi brifinqdə bildirmişdi ki, ölkə üzrə xəstələnmə göstəricisi 100 min əhaliyə təxminən 50 nəfər təşkil edib. Baş Nazir Denis Şmıqal isə iyulun 27-də Prezident Vladimir Zelenskinin başçılığı ilə keçirilən müşavirədə 100 min əhaliyə 66,7 rəqəmini səsləndirmişdi.

“İyulun 29-na olan məlumata əsasən, COVID-19-la xəstələnmə göstəricisi 100 min əhaliyə 161,4 nəfər təşkil edib. Ölüm göstəricisi - 2,4 %-dir”, - Mərkəzin Mətbuat Xidməti feysbukda bildirib.

Daha əvvəl Ukrayna Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə 67 597 koronavirusa yoluxma halı qeydə alınıb, 1 650 xəstə vəfat edib, 37 394 nəfər sağalıb.

Xəbər 3316 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +