Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


12.06.2020  15:57 

Polşa və Litva sərhədləri sərbəst hərəkət üçün açıldı





A+  A-

Polşa və Litva sərhədlərində koronavirus tədbirləri çərçivəsində sərbəst hərəkətə qoyulan 3 aylıq qadağa götürülüb.
XəzərNews.az xəbər verir ki, bu münasibətlə iki ölkənin Baş Nazirləri Polşanın Budzisko kəndində yerləşən sərhəd-keçid məntəqəsində mətbuat konfransı keçirib.

“Biz normal həyata qayıdırıq. Bizim ölkələrin həm Avropa İttifaqında, həm də iqtisadiyyat və mədəniyyət sferalarında güclü inkişaf perspektivi var”,- deyə Polşanın Baş Naziri Mateuş Moravetskiy qeyd edib.

Litvanın Baş Naziri Saulyus Skvernyalis isə bildirib ki, hər iki ölkə pandemiya kimi çətinliklərin öhdəsindən gələ biləcəyini sübut edib.

“Hökümətlərimiz pandemiyanı nəzarət altına almağa və müəssisələri qorumağa müvəffəq oldu”,- deyə o, sözlərinə əlavə edib.

Xatırladaq ki, 10 iyunda Polşa hakimiyyəti iyunun 13-dən etibarən Aİ ölkələri ilə sərhədlərin açılacağını elan etmişdi.

Xəbər 3092 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +