Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


24.12.2019  14:27 

Nazir tətil günlərini AÇIQLADI





A+  A-

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”.
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib.

“Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib.

İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

“Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır", - deyə izahda bildirilir.

Xəbər 3318 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +