Vəkil “Atəşgah” sığortadan narazıdır
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü


25.07.2019  17:21 

Bu toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.
XəzərNews.az xəbər verir ki, baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.

Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb. İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Xəbər 3209 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +