Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.05.2019  08:46 

“16 milyonun əməyini oğurladınız” - İmamoğlu YSK-nı topa tutdu





A+  A-

İstanbul bələdiyyə seçkilərində 31 mart səsverməsində qalib gələn Əkrəm İmamoğlu “FOX TV”də Fatih Portakalın qonağı olub.
XəzərNews.az xəbər verir ki, seçkilərin nəticələrinin ləğvi qərarını çıxaran Ali Seçki Komissiyasını (YSK) oğurluqda ittiham edən İmamoğlu demokratiyaya böyük zərbə vurulduğunu deyib:

“Əslində mənim əhvalım yaxşıdır. Dünəndən millətimizlə inanılmaz yaxşı dialoq qurduğumu gördüm. Ancaq YSK-nın etdiyi böyük haqsızlıq, ədalətsizlikdir. Biz bunlara layiq deyilik. Mən YSK-nın bu qərarı çıxaran 7 üzvünü Allaha tapşırmışam. 212 məntəqədə komissiya üzvlərini siz özünüz dəvət etmisiniz. Onlar 16 aprel, 24 iyun seçkilərində də məntəqələrdə olub. İndi deyirsiniz, məntəqə rəhbərləri və üzvlər dövlət məmuru olmayıb. Cəsarətiniz çatırsa, bütün şəhərlərdəki nəticələri ləğv edin.

Ramazan ayında bəndə haqqı yediniz. O 7 nəfərin yaxasında 82 milyon insanın əli var. YSK oğurluq etdi, əməyimi oğurladı, 16 milyon insanın zəhmətini oğurladı.

Bütün AKP-li dostlarımın vicdanına sığınıram: əlinizi vicdanınıza qoyun. İmamoğluna edilənlər rəvadırmı deyə soruşun”.

İmamoğlu ona dəstək olan sənətçilərdən də danışıb:

“Sənətçilərimizi təbrik edirəm. Onların heç birinin məndən mənfəəti yoxdur. 47 gün sonra qaldığımız yerdən davam edəcəyik”.

Xəbər 3021 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +