Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


10.01.2019  12:38 

İstanbuldan Bakıya 48 minlik dərmanla gəldi





A+  A-

Külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alınıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətini "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və "Qırmızı dəhliz"ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatları aşkar edilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində "Novartis Femara 2,5 mg" sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2893 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +