Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


13.12.2018  18:57 

Elmar Məmmədyarov moldovalı həmkarını qəbul etdi





A+  A-

Nazir Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərNews.az xəbər verir ki, nazir Elmar Məmmədyarov bu səfərin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Aparılan fikir mübadiləsi çərçivəsində tərəflər arasında siyasi-diplomatik, o cümlədən səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb.

İki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili, habelə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye, energetika və nəqliyyat sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Görüş əsnasında tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə diqqət ayıraraq bu xüsusda qarşılıqlı dəstək yanaşmasının mövcud olduğunu məmnunluqla qeyd etdilər.

Tərəflər dünyada cərəyan edən proseslərin tənzimləməsi, o cümlədən mövcud münaqişələrin həlli baxımından beynəlxalq hüququn prinsiplərinə qeyd-şərtsiz riayət edilməsi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının rəhbər tutulması üzrə dəyişməz mövqeyə sadiq qaldıqlarını bir daha vurğuladılar.

Görüşdə, həmçinin ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edildi.

Xəbər 3194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +