Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...


06.12.2018  13:57 

Azərbaycanlı rejissorların filmi İsraildə təqdim olundu – Fotolar





A+  A-

Dekabrın 4-də İsraildə keçirilən “Near Nazareth İnternational” Film Festivalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub.
XəzərNews.az xəbər verir ki, mərasimdə film festivalının direktoru Liliya Berman, İsrail-Azərbaycan Beynəlxalq Azİz Assosiasiyasının rəhbərliyi, həmçinin digər rəsmi şəxslər iştirak edib.

“Picmus Production” (Azərbaycan) və “İsrail-Azərbaycan Assosiasiyası”nın (İsrail) birgə istehsalı olan filmin çəkilişləri bir sıra ölkələrdə - İsraildə, ABŞ-da, Almaniyada və Azərbaycanda aparılıb.

Sözügedən film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhidilərinin həyatından bəhs edir.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan filmin nümayişindən sonra son dərəcə həssaslıqla lentə alınmış ekran işinin rejissorları və yaradıcı heyəti müvafiq mükafatlarla təltif ediliblər.

Rüfət Əsədov film haqqında Teleqraf.com-a açıqlamasında qeyd edib ki, 84 dəqiqəlik tammetrajlı sənədli filminin lentə alınmasında məqsəd Azərbaycanda tolerant mühitin mövcudluğunu, eyni zamanda dini konfessiyaların bərabər, sülh şəraitində yaşadıqlarını dünyaya nümunə olaraq nümayiş etdirməkdən ibarət idi:

“Vətəndən kənarda yaşayan Azərbaycanın dağ yəhudiləri barədə çəkilmiş ekran işi çox həssaslıqla yanaşdığımız bir layihədir. Filmdə fikirləri səsləndirilən dağ yahudiləri Azərbaycanı anti-semitizmin olmadığı bir ölkə kimi göstərərək, burada yəhudilərin milli kimliyinə görə heç bir problemlə üzləşmədiklərini bildiriblər. Bir sözlə, filmin bütün qəhrəmanları dünyaya göz açdıqları dogma Azərbaycana olan məhəbbətlərini ifadə ediblər”.

Rejissor Azərbaycanda, eləcə də İsraildə bu layihəyə dəstək verənlərə minnətdarlığını da dilə gətirib:

“Bu layihəyə Vusal Nazimoglu ilə birgə başladıq. Öz adımdan və Vusal Nazimoğlunun adından bu layihədə əziyyəti olan, filmin çəkilməsinə dəstək verən dostlara təşəkkürümü bildirirəm”.





Xəbər 3035 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +