Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


05.10.2018  16:23 

Parlamentdə soyad müzakirəsi





A+  A-

“İnsanların soyadları ilə bağlı məsələdə dəyişiklik olunsa yaxşı olar. Görürəm ki, bu məsələdə vətəndaşlar könüllü deyil”.
XəzərNews.az xəbər verir ki, bu təkliflə deputat Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, yeni nəsil kimliklərdə yeni soyadlarla çıxış etmək üçün insanlar müraciətlər etməlidir: “İndi 1937-ci il deyil. Bunu etmək olar. Bu könüllü edilmirsə, müvafiq icra strukturu müəyyən təklif verə bilər. Cümhuriyyətin 100 illliyi ərəfəsində belə bir dəyişikliyin edilməsi çox yaxşı olardı”.

Müzakirələrə qoşulan Aqil Abbas deyib ki, insanlara məcburi qaydada soyadlarını dəyişdirmək olmaz: “ Onların nəsil şəcərəsi var. Bütün nəslə bunu etmək düzgün deyil. Yavaş-yavaş maarifləndirmə yolu ilə bunu həyata keçirməlidir”.

Daha sonra spiker Oqtay Əsədov zarafatla mövzuya belə müdaxilə edib: “ Əli (Hüseynli) müəllim, mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, indi yeni nəsil familiyaların fərqli sonluğundan istifadə edir: “Burada heç bir problem yoxdur. Köhnə nəslin isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”.

Xəbər 3098 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +